Hökumət Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyələrə uyğun olaraq Rusiyada qida məhsullarının etiketlənməsi məsələsini nəzərdən keçirir. Bu barədə “İzvestiya” sosial sferada qəyyumluq üzrə hökumət şurasının iyunda keçirilmiş iclasının protokoluna istinadən yazır. Məhsul qanunla müəyyən edilmiş zərərli maddələrin və kalorilərin normasından artıq olarsa, qablaşdırmanın ön tərəfində xüsusi işarənin tətbiqi təklif edilir. ÜST-nin tövsiyələrinə əsasən, zərərli məhsullara vetçina, donuz əti kimi ət məhsulları, duzlama, qurutma, hisə verilmə yolu ilə hazırlanmış kolbasa və dad və konservasiyanı yaxşılaşdıran digər üsullar aid edilə bilər. Şirin soda, enerji içkiləri və trans yağları yüksək olan qidalar: qızardılmış, dərin qızardılmış, şirniyyat və bişmiş məhsullar da etiketlənə bilər. B
u kateqoriyaya hamburger, kartof qızartması və manqalda və ya odda qızardılmış ətlər daxildir. Nazirlər Kabineti həmçinin vərəm, İİV, xərçəng, şəkərli diabet və digər xəstəliklərlə yanaşı, piylənmənin də sosial əhəmiyyətli xəstəliklər siyahısına daxil edilməsinə baxır.