Rusiyada qanuni tələblərə cavab verməyən məhsulların xarici bazarlara çıxarılmasının qarşısını almaq üçün "Rosselxoznadzor" bir sıra müəssisələrin mallarına gücləndirilmiş laboratoriya nəzarəti rejimi tətbiq edib.
Foodinfo.az bildirir ki, "Engelsski Süd Zavodu MMC"dən tədqiqat üçün pasterizə olunmuş süddən nümunələr götürülüb. Süd məhsullarında 4,3 mkq/kq miqdarında antibakterial preparat olan sulfametazin aşkar edilib. Məhsullarda bu antibiotikin tərkibinə icazə verilmir.
Qeyd edək ki, sulfametazin immunitetin azalmasına və allergik reaksiyalara səbəb ola bilən bir antibiotikdir. Tərkibində antibiotik olan məhsulların təkrar istifadəsi insanlarda müalicəsi çətin olan yoluxucu xəstəliklərə səbəb ola biləcək davamlı antimikrob müqavimətinin inkişafına səbəb ola bilər.
Fərid