Yağlar bir çox vacib funksiyaları yerinə yetirən və bədənə böyük faydalar gətirən qidalanmanın vacib tərkib hissəsidir. Ancaq "yaxşı" olanlarla yanaşı, əhəmiyyətli zərər verən və hətta xərçəngin inkişafına səbəb olanlar da var. Foodinfo.az “Axşam Moskva” nəşrinə istinadən xəbər verir ki, bu barədə “Sağlam qidalanma” layihəsinin rusiyalı həkimləri danışıb.

Mütəxəssislərin fikrincə, söhbət doymamış yağ turşuları kateqoriyasına aid olan trans yağlardan gedir. Onların sayəsində ürək-damar xəstəlikləri yaranır və "pis" xolesterol yığılır.

Həkimlər xəbərdarlıq ediblər ki, hidrogenləşdirmə yolu ilə əldə edilən, maye yağı bərk yağa çevirmək prosesi olan yağlardan çəkinmək lazımdır. Onlar fast foodda, çipslərdə, işlənmiş qidalarda və dondurmada olur.

Leyla