Artıq çimərlik sezonudur. Çimərlik dedikdə, bir çoxlarının ağlına qarğıdalı və qarpız gəlir. Bəs dəniz kənarında qarğədalı yemək ənənəsi haradan gəlib? Ümumiyyətlə, ən populyar çimərlik yeməyi hansıdır? Nəyi yemək olar, nəyi yox?
Foodinfo.az oxucuları bu barədə məlumatlandırmaq istəyir.
Əlbəttə ən yaxşı variant çimərliyə yeməyi evinizdən aparmaqdır, yaxud oradakı kafelərdən almaq, yəni soyuducununn olduğu bir yerdən gətirmək. Təsadüfi satıcılardan isə yemək almaq məsləhət deyil. həmin yeməklərin hansı sanitar vəziyyətdə hazırlandığı və necə saxlanıldığına əmin deyilsinizsə, gözəl günəşli gün faciəylə sonlana bilər.
Beləliklə, çimərlikdə ən çox yeyilən 5 qidanı təqdim edirik:
1. Qaynadılmış qarğıdalı
Ölkə boyu bütün çimərlikdə qarğıdalı satıldığını və yeyildiyini görə bilərsiniz. Bu ənənə sovet dövründən qalıb. Ötən əsrin 60-cı illərində Nikita Xruşşov Amerikada olmuşdu və burada qarğıdalı onun diqqətini çəkmişdi. Məhsul Rusiyada gətirildi və tez bir zamanda çox məşhurlaşdı. Onu çimərlikdə satmaq isə həqiqətən sərfəli idi: tez xarab olan məhsul deyil, bişirmək asandır, maya dəyəri azdır və tələb isə çox yüksəkdir. həm də bu məhsulldan zəhərlənmək, demək olar ki, mümkün deyil. Lakin bəzən satıcılar qarğıdalını çantadan çıxarırlar və məhsul sellofan paketdə olur. Yaxud qaynadılmış qarğıdalı plastik torbalara yığılır və yorğana bükülür. Nəticədə mikromühitdir yaranır ki, burada 35 dərəcə temperaturda məhsul xarab olmağa başlayır. Hətta qaynadılmış qarğıdalı sarı suyla dolu vedrədə olsa da, evdə qaynadıb gətirmək daha gigiyenikdir.
2. Pirojki və yağda qızardılan şirniyyatlar
İsti günəş şüaları içlikli xəmir yeməklərini xarab edə bilər. Belə məhsullar soyuducuda 24 saat saxlanıla bilər. Çimərlikdə isə satıcılar onları çantalarında gəzdirirlər. sizə satılan pirojkinin dünəndən qalma olmadığını haradan bilə bilərsiniz?
Heç olmasa, gözünüzün qabağında bişirilə biləcək yeməkləri seçin - pizza, dönər və s.
3. Qarpız, meyvə, giləmeyvə.
Əgər qarpız və giləmeyvəni özünüzlə çimərliyə gətirib yesəniz, heç bir problem olmaz. Lakin qablaşdırmada satılan giləmeyvə və ya doğranmış halda olan meyvələr bir az çürümüş ola bilər və siz zəhərlənə bilərsiniz.
4. Çurçxella şirniyyatı
Gürcü mətbəxinə məxsus olan, lakin Azərbaycanda da "sucuk" adıyla satılan bu şirniyyat təmizlənmiş qoz ləpələrini unlu şərbətə qarışdırıb ipə keçirməklə hazırlanır. Lakin onlar da yaxşı havalandırılan, rütubətsiz yerlərdə saxlanılmalıdır. Ən kiçik temperatur fərqi kondensat əmələ gətirir, bu da kiflənməyə səbəb olur.
5. Kabablar və kömür üzərində bişən digər yeməklər
Onlar özünüz və yaxud gözünüzün önündə şişə çəkib hazırlayırlarsa, niyə də olmasın? Lakin müxtəlif hisə verilmiş məhsullardan, xüsusən də balıqdan çəkinməlisiniz.
Natəvan