Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Musa Quliyev televiziyada enerji içkilərinin reklamının qadağan edilməsini təklif edib.
M.Quliyev deyib ki, bununla bağlı “Reklam haqqında” qanuna dəyişiklik edilməlidir.
Deputatın sözlərinə görə, energetik içkilərin uşaqlara, yeniyetmələrə, gənclərə zərərli təsirlərinin olduğu tibbi həqiqətdir: “Bütün dünya bununla bağlı həyacan təbili çalır. Təəssüflər olsun ki, Azərbaycanın bütün özəl televiziya kanallarında enerji içkiləri reklam edilir” (report)
Son xəbərlər
- Qan təzyiqi olanlar bu çayı içməsin
- AQTA HACCP sisteminin tətbiqi ilə bağlı sahibkarlara müraciət edib
- Şirin kartof dəri sağlamlığına faydalıdır
- Xiyar tərəvəzdir yoxsa meyvə?
- Həkim xurmanın ölümcül təhlükəsi barədə xəbərdarlıq edib
- Arıqlamaq və 20 il daha uzun yaşamaq üçün ideal səhər yeməyi