Azərbaycanda heyvan kəsimi yerlərində olan qida təhlükəsizliyinə nəzarət məntəqələrinin diaqnostikası aparılacaq.
“Report” xəbər verir ki, bu, “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025-ci illər üçün Dövlət Proqramı”nda əksini tapıb.
Sənədə əsasən Qida təhlükəsizliyi Agentliyi 2023-cü ilə qədər heyvan kəsimi məntəqələri və ticarət obyektlərində (bazarlarda, yarmarkalarda və s.) mövcud olan qida təhlükəsizliyinə nəzarət məntəqələrinin diaqnostikasını aparacaq, onların optimallaşdırılması və modernləşdirilməsi istiqamətində addımlar atacaq.