Qastroenteroloq və dietoloq Rüstəm Sadıqov xəbərdarlıq edib ki, iki saat günəşdə qalan plastik şüşədəki su sağlamlıq üçün təhlükəli ola bilər. Foodinfo.az xəbər verir ki, həkim “Doktor Peter” nəşri ilə söhbətində bunu deyib.

Həkimin sözlərinə görə, hər bir məhsul kimi su da, xüsusən də plastik qablarda saxlandıqda xarab ola bilər. Bu səbəbdən Sadıqov çimərliyə plastik butulkalarda su aparmamağı tövsiyə edib.

Ultrabənövşəyi şüalanma suyun tərkibini dəyişdirə və onu istehlak üçün yararsız hala sala bilər. Həmçinin, günəş işığına məruz qaldıqda suda olan bakteriyalar daha sürətlə çoxalır. Bu, hətta içkinin qoxusunu və dadını dəyişə bilər.