İran İslam Respublikasında fəaliyyət göstərən Ariashimi müəssisəsindən fiziki şəxs Qənbərov Səfail Zəki oğlunun idxal etdiyi 6739 kq pestisid məhsulundan (Bordo aria 20% SC, funqisid) Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən götürülən nümunələrin müayinəsi nəticəsində məhsulun təsiredici maddəsinin normativ sənədin tələblərinə cavab vermədiyi müəyyən olunub.

Foodinfo.az xəbər verir ki, aşkar edilmiş faktla bağlı məhsulun geri qaytarılması və ya məhv edilməsi ilə bağlı qərar qəbul olunaraq, Dövlət Gömrük Komitəsinin əməkdaşlarının iştirakı ilə məhsul partiyası İran İslam Respublikasına geri qaytarılıb.