Aprel ayında martla müqayisədə kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri indeksi 99 faiz, o cümlədən bitkiçilik məhsulları üzrə 98,9 faiz, heyvandarlıq məhsulları üzrə 99,1 faiz təşkil edib.
Dövlət Statistika Komitəsindən Fins.az-a bildirilib ki, ay ərzində meşə təsərrüfatı məhsullarının istehsalçı qiymətləri indeksi 100 faiz, balıq və sair balıqçılıq məhsullarının istehsalçı qiymətləri indeksi isə 98,2 faiz olub.