Kəsim məntəqəsində çalışan işçilərin sanitar geyimi olmalıdır. Bu geyimə saç toru və ya örtüyü, xalat, önlük, əlcək və rezin çəkmə daxildir.
Foodinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin müvafiq qərarı ilə təsdiq edilən “Heyvan və quş kəsimi məntəqələrinə dair baytarlıq-sanitariya normaları və qaydaları”nda bildirilir. Sənədə əsasən, bu geyimdən yalnız kəsim məntəqəsi daxilində istifadə olunmalıdır. İşçilərin iş geyimində kəsim məntəqəsini tərk etməsi isə yolverilməzdir.
Həmçinin sənəddə qeyd olunur ki, kəsim məntəqəsi daxilində işçilərin zinət əşyalarından istifadəsi yolverilməzdir.