Azərbaycanda qida təhlükəsizliyi ilə bağlı hüquqi baza möhkəmdir. “Qida təhlükəsizliyi haqqında” qanunun qəbul edilməsi və onun qüvvəyə minməsi ilə bir çox qanunlara əlavə və dəyişikliklərin edilməsi Qida Təhlükəsizliyi Agentliyinin bugünkü fəaliyyətində özünün müsbət təsirini göstərməkdədir.
Bunu Milli Məclisin (MM) Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev “Qida nəzarəti sisteminin qiymətləndirilməsi” mövzusunda keçirilən yekun hesabat görüşündə deyib.
“Qida təhlükəsizliyinin təmin edilməsi bu günün tələbidir. Çünki qida mənşəli xəstəliklər və onların yaratdığı fəsadlar dünyanı müəyyən problemlərlə üz-üzə qoyub və çıxış yolları axtarıb tapılmasına səbəb olub”, - deyə T.Rzayev bildirib.