Bu ilin yanvar-aprel aylarında ölkəyə 165,6 min ton meyvə-tərəvəz idxal olunub.
Foodinfo.az Dövlət Gömrük Komitəsinə (DGK) istinadla xəbər verir ki, idxal olunan meyvə-tərəvəzin dəyəri 88,9 milyon dollar təşkil edib.
Xatırladaq ki, ötən ilin eyni aylarında ölkəyə 80,3 milyon dollarlıq 156 min tonadək meyvə-tərəvəz idxal olunub.