Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Bərdə rayonunun Mirzəcəfərli kəndində fəaliyyət göstərən, Sadıxov Elnur Saleh oğluna məxsus “Muğan Məkanı” restoranında yoxlama keçirib.

Bu barədə Foodinfo.az-a Agentlikdən məlumat verilib.

Baxış zamanı restoranda sanitar norma və qaydaların pozulduğu, sanitar-texniki və sanitar-gigiyenik tələblərə əməl olunmadığı aşkarlanıb.

Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, icrası məcburi göstərişlər verilib və restoranın fəaliyyəti məhdudlaşdırılıb.