Yeni il ərəfəsində bol olan naringi (mandarin) faydalı olsa da, artıq yeyiləndə xoşagəlməz nəticələrə səbəb ola bilər.

Fooodinfo.az xəbər verir ki, bu barədə həkim Mixail Lebedev danışıb.

Onun sözlərinə görə, "aşırı dozada" yeyilən naringi kariyes, diş ətinin iltihabı, həmçinin mədə-bağırsaq traktının problemlərinə, yəni qastrit, pankreatit və digər xəstəliklərə səbəb ola bilər.

"Naringi və portağalın tərkibində kifayət qədər çox miqdarda şəkər var ki, bu da şəkərli diabet xəstələri tərəfindən nəzərə alınmalıdır. Sitrus meyvələrini həddindən artıq yedikdə hipertoniya xəstələrində qan təzyiqinin artması müşahidə olunur. Bundan əlavə, bütün sitrus meyvələri güclü allergendirlər”, - deyə Lebedev vurğulayıb.

Naringinin təhlükəsiz dozası həftədə 7-10 ədəddir. Onları nişastalı qidalarla (kartof, banan, un) birlikdə istehlak etməmək də vacibdir, əks halda ağır dispeptik pozğunluqlarla müşahidə olunan həzmsizlik yarana bilər.