Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının siyahısına daxil edilmiş, həmçinin beynəlxalq ticarət üçün vacib olan balıqların infeksion və invazion xəstəliklərinə qarşı Naxçıvan Muxtar Respublikası ərazisində fəaliyyət göstərən bəzi balıqçılıq subyektlərində epizootoloji monitorinq keçiriləcək.
Foodinfo.az xəbər verir ki, 17-19 aprel tarixlərində keçiriləcək monitorinqdə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin, Naxçıvan Muxtar Respublikası Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri iştirak edəcəklər.
Monitorinq zamanı laborator nümunələr götürülərək müayinələrin aparılması məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Mərkəzi Baytarlıq Laboratoriyasına təqdim olunacaq.
Monitorinq çərçivəsində epizootoloji məlumatlar və götürülmüş nümunələr barədə məlumatlar “Epicollect5” proqramına daxil ediləcək.