Qidaların keyfiyyətli və təhlükəsiz olması qida ilə əlaqəli xəstəlik hallarının yayılmasının qarşısını alır, eyni zamanda səhiyyə sistemini mümkün təhdidlərdən qoruyur”.
Foodinfo.az xəbər verir ki, bu fikirləri Bakıda “Qida nəzarəti sisteminin qiymətləndirilməsi” mövzusunda keçirilən yekun hesabat görüşündə səhiyyə naziri Teymur Musayev səsləndirib.
Onu sözlərinə görə, qida təhlükəsizliyi əhalinin sağlamlığının qorunmasında mühüm rol oynadığından, tədricən bu sahə qlobal səviyyədə ictimai səhiyyə mövzusuna çevrilməkdədir.