Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə “ARB 24” Televiziya Şirkətinin birgə layihəsi olan “Qida Bələdçisi” verilişinin ikinci buraxılışı yayımlanıb. Növbəti verilişdə də ölkədə qida təhlükəsizliyi sahəsində görülən işlər, maarifləndirici məlumatlar tamaşaçıların diqqətinə çatdırılıb. Agentliyin sektor müdiri Samir Rüstəmli ilə İdxal və ixrac məhsullarının sertifikatlaşdırılması zamanı sahibkarlardan tələblər, həkim-dietoloq İlqar Şamilovla isə fast food-un insan oqranizminə zərərləri müzakirə edilib. Eyni zamanda, verilişdə “Sumqayıtda 600 kq pendir niyə məhv edildi?”, “Açıq satılan südlər ciddi xətsəliklərə səbəb olur. Süd alarkən nələrə diqqət edək?” kimi suallara aydınlıq gətirilib. Məqsəd əhalini qida təhlükəsizliyi sahəsində görülən işlər barədə məlumatlandırmaq, eləcə də sağlam qida ilə bağlı maarifləndirməkdir. Qeyd edək ki, “Qida Bələdçisi” hər həftənin bazar günü saat 19:20-də "ARB24" telekanalında yayımlanacaq. https://www.youtube.com/watch?v=ZW8T4yDVIB0