Hər il dünyada ümumilikdə 1 milyard 300 milyon ton ərzaq tullantılara gedir. Bəs şüursuz istehlaka qarşı nə etmək lazımdır?

Foodinfo.az xəbər verir ki, qida tullantıları hər il artır. Bir çox ölkələr ərzaq böhranından çıxış yolu axtarır. Çünki şüursuz istehlakın nəticəsi olan qida tullantıları həm ölkə iqtisadiyyatlarına ziyan vurur, həm də ətraf mühitin çirklənməsinə səbəb olur.

Qida tullantıları da bəşəriyyətin gələcəyi üçün ciddi təhlükə yaradır. Mütəxəssislər bildirirlər ki, israfçılığın qarşısını almaq üçün qida daşımalarında soyuq zəncir infrastrukturundan istifadə edilməlidir.

Su ehtiyatlarından da qənaətlə istifadə edilməlidir. Mütəxəssislər vurğulayırlar ki, insanlar qida israfı ilə bağlı maarifləndirilməlidir.

Qeyd edək ki, dünyada istehsal olunan hər 3 qidadan 1-i tullantılara gedir. Boşa xərclənən qidanın kiçik bir hissəsi belə, dünyada aclıq çəkən 800 milyon insanın həyatını xilas edə bilər. Digər tərəfdən, sürətlə artan dünya əhalisinin daha çox qidaya ehtiyacı var. Bəs biz daha çox qida istehsal etmək üçün yerin ehtiyatlarından nə qədər istifadə edə bilərik? Hazırda kənd təsərrüfatı torpaqları dünya torpaqlarının 38 faizini əhatə edir ki, bu da təxminən 5 milyard hektar deməkdir. 

Nərmin