Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) arasında korrupsiya ilə mübarizə sahəsində əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.
Tədbirdə çıxış edən Baş prokurorun müavini, Baş İdarənin rəisi Kamran Əliyev bu sahədə korrupsiya hüquqpozmalarının aşkar edilməsi və araşdırılmasına dair tərəflərin birgə fəaliyyətinin qanunla müəyyən edilmiş tələblər səviyyəsində qurulması üçün bütün zəruri tədbirlərin görüləcəyini bildirib.
AQTA sədri Qoşqar Təhməzli isə əlavə edib ki, qida zəncirinin bütün mərhələlərində qida təhlükəsizliyinə və qida məhsulları istehlakçılarının hüquqlarının müdafiəsinə dövlət nəzarətinin həyata keçirilməsi zamanı baş verə biləcək hər növ qanun pozuntularının qarşısının alınması yönündə bu kimi əməkdaşlıq mühümdür.
İmzalanma mərasimindən sonra mətbuat nümayəndələrinin sualları cavablandırılıb. (Report)
Son xəbərlər
- C vitamini çoxluğu hansı problemlərə yol aça bilər?
- Buğda bitkisi necə yetişdirilir?
- Bu turşu xərçəng riskini azaldır
- “Nargis” jurnalı COP29 üçün hazırladığı xüsusi buraxılışında “Veysəloğlu”nun ekoloji layihələrindən bəhs edib
- Həkim qidalanmanın əsas qaydalarını sadaladı
- Mütəxəssis karbohidratlardan qorxmamağı məsləhət görüb