Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində (AQTA) UNİCEF-in Səhiyyə üzrə Regional müşaviri Bazil Rodriges ilə görüş keçirilib. Foodinfo.az xəbər verir ki, görüşdə AQTA-nın sədr müavini Rüfət Rüstəmzadə UNİCEF-in nümayəndə heyəti ilə beynəlxalq qurumun Azərbaycan üzrə 2021-2025-ci illər üçün növbəti "Ölkə üzrə Əməkdaşlıq Proqramı"na dair prioritet istiqamətlər barədə müzakirələr aparıb. Görüş çərçivəsində tərəflər arasında qida təhlükəsizliyinin təmin olunması və bu istiqamətdə insanların sağlamığının qorunması sahəsində əməkdaşlığın mümkün prioritet istiqamətləri üzrə fikir mübadiləsi aparılıb.