Foodinfo.az xəbər verir ki,  Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu “ISO 22000: 2018 - Məlumatlandırma” və “Şirniyyat və çörək məmulatlarında qida təhlükəsizliyi və gigiyena təcrübələri” mövzularında növbəti ödənişli təlimlərini keçirəcək. “ISO 22000: 2018 - Məlumatlandırma” təlimi yanvarın 15-dən etibarən start götürəcək və iki gün davam edəcək. ISO 22000:2018 beynəlxalq standartı istehsal zamanı qida təhlükəsizliyini təmin etmək üçün risklərə nəzarət etmək imkanı verir. ISO 22000 standartının 2018-ci il versiyası qlobal qida təhlükəsizliyi idarəetmə sistemidir (FSMS) və bu ISO 22000:2005 versiyasını əvəz edir. “Şirniyyat və çörək məmulatlarında qida təhlükəsizliyi və gigiyena təcrübələri” təlimi isə yanvarın 18-də keçirələcək. Qeyd edək ki, hər iki təlimin sonunda iştirakçılar sertifikatla təltif olunacaqlar. Maraqlanan şəxslər əlavə məlumat əldə etmək üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (012) 565 12 82 (daxili 589) nömrəsi ilə əlaqə saxlaya bilərlər.