Türkiyədə qırmızı ətin kilosu 600 lirəyə, antrikotun kilosu 700 lirəyə çatdığı üçün insanlar daha sərfəli olan toyuq ətinə üz tutur. Bununla belə, toyuq ətinin qiyməti artmaqda davam edir. Xüsusən də toyuq qanadının kilosu 200 lirəyə çatdığı bir vaxtda vətəndaşlar manqal mövsümü ilə əlaqədar toyuq tapmaqda çətinlik çəkir.
Foodinfo.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, toyuq ətinin qiymətinin 5 ayda 200 faiz artıb.
Müştərilər mal və qoyun ətindənsə toyuq ətinə üstünlük verdikləri üçün azalma müşahidə olunub və bu da qiymətlərin artması ilə nəticələnib.