Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri (AQTA) Qoşqar Təhməzli İstehlak Mallarının Ekspertizası Mərkəzinin Nərimanov rayonunda yerləşən Mərkəzi Qida və Qeyri-Ərzaq Mallarının Sınaq Laboratoriyasına baxış keçirib.
Agentliyin mətbuat xidmətindən Foodinfo.az-a verilən məlumata görə, sədr Mərkəzin fəaliyyəti, maddi-texniki bazası və əməkdaşların bilik səviyyəsi ilə tanış olub.
Aparılan laborator müayinələr zamanı şəffaflığın qorunması üçün vahid elektron bazanın yaradılmnasının vacibliyini vurğulayan Q.Təhməzli gələcəkdə bu istiqamətdə həyata keçiriləcək yeniliklərdən bəhs edib. Agentliyin sədri həmçinin, iş prosesində əməkdaşların qarşılaşdıqları bir çox məsələlərlə maraqlanıb, onların istək və arzularını dinləyib.
Qeyd edək ki, Prezident İlham Əliyevin 2018-ci il 26 yanvar tarixli sərəncamına əsasən, İstehlak Mallarının
Ekspertizası Mərkəzinin Bakı şəhərində yerləşən Qida və Qeyri-Ərzaq Mallarının Mərkəzi Sınaq Laboratoriyası Qida Təhlükəsizliyi Agentliyinin balansına verilib.
Son xəbərlər
- C vitamini çoxluğu hansı problemlərə yol aça bilər?
- Buğda bitkisi necə yetişdirilir?
- Bu turşu xərçəng riskini azaldır
- “Nargis” jurnalı COP29 üçün hazırladığı xüsusi buraxılışında “Veysəloğlu”nun ekoloji layihələrindən bəhs edib
- Həkim qidalanmanın əsas qaydalarını sadaladı
- Mütəxəssis karbohidratlardan qorxmamağı məsləhət görüb