Zökəm və yaxud qrip zamanı istifadə olunan bir çox vasitələr var. Bu resept də faydalı reseptlərdəndir, çünki qeyd olunan bütün bitkilər bədəni tərlədir, yumşaldır, qanı duruldur və sakitləşdirici bir təsir göstərir.
Məkkəgülü (hibiskus) – 30 qram
Cökə – 100 qram
Kəklikotu – 50 qram
Nanə – 30 qram
Ballı nanə (melissa) – 30 qram
Yerli qara çay –200 qram
Tərkib hissələrini bir-birinə qarışdırın, sonra 3 xörək qaşığı 6 stəkan su tutan çaynikdə dəmləyin, zoğal və yaxud moruq mürəbbəsi ilə için. Tövsiyə edirəm ki, bədən tərləyincə, hətta gün ərzində 10-15 stəkana qədər içəsiniz. Çayın çox gözəl dadı var. (faktxeber.com)