Türkiyənin Bursa şəhərində yerləşən tələbə yataqxanasında kütləvi zəhərlənmə baş verib.
Ürəkbulanma hiss edən 4 tələbə xəstəxanaya müraciət edib. Tələbələrdə qida zəhərlənməsi qeydə alınıb. Bundan sonra tələbə yataqxanasına çoxlu sayda təcili yardım briqadaları göndərilib.
Yataqxanada daha 13 nəfərdə qida zəhərlənməsi qeydə alınıb. Onlar xəstəxanaya yerləşdirilib. İlkin müayinədən sonra 8 tələbə evə buraxılıb, 9-u isə həkim nəzarəti altında saxlanılır.
İstifadə olunan qidadan ekspertiza üçün nümunələr götürülüb. (Trend)