Ötən ilin iyul ayının 1-dən bu günə qədər Qida Təhlükəsizliyi Agentliyi tərəfindən 30 ton yarasız bal dövriyyədən çıxarılıb. Baytarlıq məhsulları ilə bağlı 29 qərar qəbul edilib. Qərarlarla 7750 kq ət məhv edilib.
Azvision.az xəbər verir ki, bunu Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Ukraynadan Gürcüstan vasitəsilə Azərbaycana gətirilən 34,2 ton mal əti ixracatçıya geri qaytarılıb. Belə ki, mal ətinin qarşığında at əti olduğu müəyyən edilib.