Rusiya Federasiyasının bütün regionlarında uşaq məhsullarının keyfiyyəti, təhlükəsizliyi və Yeni il hədiyyələrinin seçimi məsələlərinə dair tematik qaynar xətt açılıb.

Dekabrın 15-dək Rospotrebnadzor mütəxəssisləri uşaq geyimlərinin, ayaqqabılarının, oyuncaqlarının, Yeni il mallarının, uşaq qidalarının keyfiyyəti və təhlükəsizliyi, eləcə də bu kateqoriya mallar üçün mövcud normativ gigiyena tələbləri ilə bağlı sualları cavablandıracaq.