Həkim-immunoloq Vladislav Jemçuqov bildirib ki, iş və təhsil qruplarında zəhərlənmələr daha çox gigiyena qaydalarına riayət edilməməsi, qidaların kifayət qədər isti olmaması və ya saxlama müddətlərinə riayət edilməməsi ilə bağlıdır.
Onun sözlərinə görə, yeməkxanalara gətirilən yeməklər kifayət qədər isidilməmiş ola bilər, bu səbəbdən də qidaların tərkibində mikroblar qalaraq zəhərlənmələrə səbəb olur.
Üçüncü ümumi səbəb saxlama şəraitinin pozulmasıdır, deyə Jemçuqov qeyd edib. Onun sözlərinə görə, məktəblərdə tez-tez saxlama müddəti ötmüş qidalar satışa çıxarılır ki, bu da kütləvi zəhərlənmələrə səbəb ola bilər.
Leyla