Professor Canan Karatay Qazıosmanpaşada hazırlanan bir seminarda etdiyi açıqlamalarla yenə də bütün diqqəti özünə çəkə bilib. Xərçəng yaradan qidalar haqqında danışan Karatay bildirib ki, bəzi sağlam qida bildiyimiz qidalar heç də elə deyil.
Professorun dediyinə görə, bal heç də xeyirli qida deyilmiş.
Balın tərkibində çox sayda fruktozanın və qlükozanın olması qaraciyəri yağlandırır. Şəkər xəstələri xüsusilə baldan uzaq olmalıdır.
Çörək və şəkərin zəhər olduğunu hər çıxışında bildirən professor gündə iki dilim buğda çörəyini yeməyin şəkərdən daha çox ziyanlı olduğunu dilə gətirib. Çörəkdə insulin çoxdur və bu da xərçəngin yaranmasına səbəb olur.
O, yağlardan uzaq olmağı, zeytun yağından istifadə olunmasını dilə gətirib. Marqarində olan Omega 3 maddəsi də insan sağlamlığı üçün çox zərərlidir.
Canan Karatay C vitamininin yalnız təbii meyvə sularında olmadığını, bunun böyük bir uydurma olduğunu dilə gətirib. Meyvə suyu spirtli içkidən zərərinə görə heç də fərqlənmir. Meyvə suyu da qaraciyəri yağlandırdığını dilə gətirib.
Karatay gündə 30-40 zeytun yeməyi məsləhət görüb.
O, süfrə duzundan uzaq durmağı, qaya duzundan istifadə etməyi məsləhət görüb. (Sputnik)
Son xəbərlər
- C vitamini çoxluğu hansı problemlərə yol aça bilər?
- Buğda bitkisi necə yetişdirilir?
- Bu turşu xərçəng riskini azaldır
- “Nargis” jurnalı COP29 üçün hazırladığı xüsusi buraxılışında “Veysəloğlu”nun ekoloji layihələrindən bəhs edib
- Həkim qidalanmanın əsas qaydalarını sadaladı
- Mütəxəssis karbohidratlardan qorxmamağı məsləhət görüb