Braziliyada üç nəfər Yeni il tortu yedikdən sonra ölüb, daha üç nəfər isə reanimasiyadadır. Foodinfo.az xəbər verir ki, Brazilyada üç bacı yeni ili qeyd etmək üçün bir yerə toplanıb. Onlardan biri qızı və nəvəsi ilə gəlib. Tortu yedikdən özlərini pis hiss ediblər.
Nəticədə iki bacı və onlardan birinin qızı dünyasını dəyişib. Ev sahibi, 10 yaşlı uşaq və digər qonaq xəstəxanaya aparılıb. Ekspertiza ölənlərin qanında arsenin olduğunu müəyyən edib. Hüquq-mühafizə orqanları hadisə ilə bağlı araşdırma başladıb.