Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, hökumət və Kənd Təsərrüfatı Nazirliyinin Rusiyada yumurtanın qiymətini sabitləşdirmək istiqamətində uğur qazanıb.

Foodinfo.az xəbər verir ki, bir müddət əvvəl Kənd Təsərrüfatı naziri  Dmitri Patruşev yumurtanın idxal rüsumunun götürülməsi prosesinin demək olar ki, başa çatdığını, bunun Rusiyada məhsulun maya dəyərinə təsir edəcəyini bildirmişdi.

Patruşevin sözlərinə görə, Türkiyədən yumurtalar bir-iki həftəyə Rusiyaya gələcək.