Türkiyənin Tokat şəhərində dövlət yataqxanasında qalan 300 tələbə qidadan zəhərlənib. Tələbələr qida zəhərlənməsi diaqnozu ilə xəstəxanaya çatdırılıb. Hadisə ilə bağlı tələbələr yataqxana qarşısında aksiya keçirərək, günahkarın cəzalandırılmasını tələb ediblər. Yataqxanadan bildirib ki, bir neçə gün ərzində movcud vəziyyətlə bağlı analizin cavabları bilinəcək. Daha sonra müəyyən addımlar atılacaq. (Teleqraf.com)