Qəhvə dünyada ən çox istehlak edilən içkilərdən biri olmaqla yanaşı, sağlamlığa təsiri ilə bağlı tez-tez müzakirə olunur və son araşdırmalar bu içkinin bəzi faydalarını da ortaya qoyur. Bir çox insan qəhvəni yalnız enerji mənbəyi kimi görsə də, onun təsiri daha genişdir. Foodinfo.az Harvard Health portalına istinadla xəbər verir ki, qəhvə tərkibində güclü antioksidantlar saxlayır.

Məlumata görə, bu antioksidantlar orqanizmdə sərbəst radikallarla mübarizə apararaq hüceyrələrin zədələnməsinin qarşısını almağa kömək edir. Bundan əlavə, qəhvə diqqəti artırır, yorğunluğu azaldır və bəzi hallarda metabolizmi sürətləndirə bilər.

Lakin mütəxəssislər həddindən artıq qəhvə istehlakının əks təsir göstərə biləcəyini də qeyd edirlər, buna görə də gündəlik qəbul miqdarına nəzarət etmək vacibdir.