Ac qarına zəncəfilli su içmək sağlamlıq üçün bir çox faydalar təmin edir. 

Foodinfo.az xəbər verir ki, zəncəfilin antioksidant və iltihab əleyhinə xüsusiyyətləri həzm sistemini yaxşılaşdırır, metabolizmi sürətləndirir və toksinləri bədəndən xaric etməyə kömək edir. 

Acqarına içildikdə bu su mədə-bağırsaq sistemini təmizləyərək arıqlama prosesinə dəstək olur.

Zəncəfilli su bədəndə yağ yandırılmasını təşviq edir və uzun müddət toxluq hissi yaradır, buna görə də kalori qəbulunu azaldır.

Eyni zamanda, zəncəfil immuniteti gücləndirir və səhər saatlarında enerji səviyyəsini artırır. 

Lakin zəncəfilin mədə üzərində güclü təsiri olduğundan həssas mədəyə malik olanlar ehtiyatlı olmalıdır.