Alma arıqlamaq üçün ideal meyvələrdən biridir. Onun tərkibindəki liflər toxluq hissini artırır və aclığı azaldır.
Foodinfo.az xəbər verir ki, alma metabolizmi sürətləndirən vitamin və antioksidantlarla zəngindir, bu da yağ yandırmağa kömək edə bilər.
Arıqlama prosesində şirniyyatlara qarşı olan tələbatı da ödəyə bilən alma sağlam qidalanmanı təmin edərək balanslı bir pəhrizin tərkib hissəsi ola bilər.
Müntəzəm olaraq alma yemək çəki itirmək istəyənlər üçün faydalıdır.