Pendir faydalı məhsullardan olsa da, bəzi növləri orqanizm üçün təhlükəlidir.

Foodinfo.az xəbər verir ki, biotexnologiya eksperti Dmitri Kulikov ən təhlükəli pendir növləri haqqında danışıb.

Onun fikrincə, kifli pendirlərdən ehtiyatla istifadə etmək lazımdır. Rokfor, dorblü, qorqonzola, kamamber, bri və digər oxşar növlərin tərkibində listerioz, ensefalit və meningitə səbəb olan zəhərli maddələr var.

“Kifli pendirlər hamilə və sud verən analara, mədə-bağırsaq traktında problemi olan xəstələrə və 5 yaşa qədər uşaqlara tövsiyə edilmir. Bri və kamamber qismən faydalıdır: onlar B vitaminlərinin sintezinə və sağlam həzmə kömək edir. Lakin böyüklərə onlardan gündə 40-50 qramdan çox yemək tövsiyə olunmur”, - deyə Kulikov xəbərdarlıq edib.

O əlavə edib ki, ən xoşagəlməz və təhlükəli pendir “çürük pendir” və ya “qurdlu pendir” adlanan kasu martsudur. Sardiniyada başqa bir pendir növündən - Sardiniya pekorinosundan hazırlanır və içində canlı milçək sürfələri olur.