
Ekspertlər pəhrizdə həddindən artıq ət və süd məhsullarının böyrəklər üçün təhlükəli ola biləcəyini açıqlayıb. Foodinfo.az bildirir ki, Gazeta.Ru-ya müsahibədə mütəxəssislər qeyd edib ki, bu qidalar sidik turşusunun yığılmasına şərait yaradır və nəticədə böyrək daşlarının əmələ gəlmə riski artır.
Xüsusilə qırmızı ət və zülal tərkibli süd kokteyllərinin sui-istifadə hallarına diqqət çəkir. Belə ki, bu cür pəhriz vərdişləri orqanizmdə metabolik tarazlığı poza bilər və böyrəklərin funksiyasına zərər vura bilər.
Uroloqlar süd məhsullarının gündəlik qəbul normalarını da açıqlayıb. Yeniyetmələr üçün bu miqdar 1300 milliqram, 50 yaşa qədər böyüklər üçün min milliqram, 50 yaşdan yuxarı şəxslər üçün isə 1200 milliqramdan çox olmamalıdır.
Ekspertlər əlavə edib ki, bəzi bitki mənşəli qidalar – məsələn, paxlalılar, göyərti, yaşıl tərəvəzlər, kəpək və giləmeyvələr (qarağat, böyürtkən, çiyələk), həmçinin sitrus meyvələri – tərkibindəki fitatlar sayəsində böyrək daşlarının yaranmasının qarşısını ala bilər.