Qastroenteroloq Yekaterina Kaşux duzlu xiyarın sağlamlıq üçün faydalı olduğunu bildirib.

Foodinfo.az xəbər verir ki, o, Life.ru-ya müsahibəsində qeyd edib ki, az duzlu xiyarın tərkibində lif, B, K vitaminləri, kalium, natrium, maqnezium, xlor, mis və sink var. Bu kompozisiya həzmi normallaşdırmağa kömək edir.

O, gündəlik olaraq üç xiyardan artıq yeməməyi tövsiyə edib.