Bu ilin oktyabr ayında Kalininqrad vilayətinin ərazisindən ixracın həcmi ötən ilin müvafiq dövrü ilə (87 min ton) müqayisədə 30% artaraq 113 min tona çatıb.
Məhsulların əsas idxalçısı Çindir. Əsas tədarüklər 54 min ton soya və kolza yağı, 1,6 min ton kolza, 2,2 min ton torf substratı olub. Serbiyaya 16 min ton ərzaq buğdası göndərilib. Belarus və İspaniya – 26 min ton kətan toxumu və soya paxlası idxal edib.
Bundan əlavə, Belçikaya 6 min ton ərzaq kətan toxumu, Özbəkistan, Azərbaycan, Qazaxıstan və Tacikistana soya unu göndərilib. Polşaya qarabaşaq yarması tədark edilib.
Laboratoriya sınaqlarının nəticələrinə əsasən ixrac üçün bəyan edilmiş bütün partiyaların idxalçı ölkələrin tələblərinə uyğunluğu təsdiq edilib.
Nurlan