Azərbaycan məhsulları Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində "Gulfood 2020" beynəlxalq qida sərgisində nümayiş olunur. Foodinfo.az Azərbaycan İqtisadiyyat Nazirliyinə istinadən verdiyi məlumata görə, Sərgidə İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) təşkilatçılığı ilə süd və süd məhsulları, bal, fındıq, meyvə şirələri, qənnadı, tərəvəz və konserv məhsulları, qurudulmuş meyvə və xurma istehsalı sahəsində fəaliyyət göstərən 20 Azərbaycan şirkəti məhsullarını təqdim edir. Qeyd edək ki, sərgi fevralın 20-dək davam edəcək.   Namiq