2021-ci ilin yanvar-iyul aylarında Azərbaycan 20,804 mln. ABŞ dolları dəyərində 40 134,48 ton şəkər ixrac edib. Foodinfo.az xəbər verir ki, Dövlət Gömrük Komitəsinin hesabatı əsasında aparılan hesablamalara görə, ixrac olunan şəkərin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 76,2%, dəyəri isə 2,2 dəfə artıb. Qeyd edək ki, yanvar-iyul aylarında şəkər ixracı ölkənin ümumi ixracının 0,18%-ni, qeyri-neft sektoru üzrə ixracının isə 1,54%-ni təşkil edib.