Azərbaycan bu ilin ilk 10 ay ərzində 11 877.49 ton çay idxal edib. İdxal olunmuş çayın dəyəri 51 622.04 min ABŞ dolları təşkil edib. Foodinfo.az Banker.az-a istinadən xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir. Komitənin hesabatlarına əsasən, 2020-ci ilin yanvar-oktyabr aylarında idxal olunan çayın həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4.4%, dəyəri isə 11.6% artıb.