Bakıda marketdən oğurluq olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Foodinfo.az-a verilən məlumata görə, aprelin 2-də Xətai Rayon Mühafizə İdarəsinə ərazidəki qorunan marketlərin birindən həyəcan siqnalı daxil olub.
Dərhal həmin ünvana gələn İdarənin əməkdaşları oradan tütün məmulatı oğurlamağa cəhd edən şəxsi cinayət başında yaxalayaraq 35-ci Polis Bölməsinə təhvil veriblər.
Bölmədə aparılan araşdırmalarla onun Bakı şəhər sakini Asif Həsənov olduğu məlum olub.
Ətrafında aparılan əməliyyat tədbirləri ilə onun digər cinayətlərinin də üstü açılıb. Polis əməkdaşları tərəfindən A.Həsənovun həmin gün saat 4 radələrində daha bir marketdən oğurluğa cəhd göstərməsi, həmçinin martın 20-də başqa bir marketdən içərisində 3230 manat pul olan seyfi oğurladığı da müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
Son xəbərlər
- Ürək-damar xəstələri necə yeməlidir?
- Qışda artıq çəki almamağın yolları
- Yüksək keyfiyyətli yarımfabrikatları necə seçək?
- Gündə iki fincandan çox qəhvə içmək tövsiyə olunmur
- Bananın uzun müddət qalmasını və qaralmamasını necə etmək olar?
- İdmançılara xiyar turşusunun suyunu içmək niyə faydalıdır?