Bal tam bir şəfa mənbəyidir. Qışın soyuq günlərində bədənin müqavimətini artırmaq üçün istehlak edilən bal bir çox dərdin dərmanıdır. Təbii və üzvi olduğu zaman bədəni zərərli toksinlərdən də qoruyur.
Foodinfo.az xəbər verir ki, səhər süfrələrində qaymaq və ya kərə yağı ilə istehlak edilən bal inkişaf prosesində olan uşaqlar üçün çox faydalıdır.
Saç, bağırsaq, həzm sistemi, mədə və beyin kimi bədənin müxtəlif hissələrinə faydalı olan bal saxlanması çətin olan bir qidadır.
Yanlış saxlama şəraiti səbəbindən bal çox vaxt xarlanır. Bundan əlavə, soyuq hava şəraiti və soyuducuda saxlamaq balın tərkibindəki təbii şəkər komponentlərini birbaşa kristallaşdırır.
Balın xarlanmasının qarşısını almaq üçün ideal seçim bal qablarını 18-24 dərəcə otaq temperaturunda saxlamaqdır. Bundan əlavə, balın hava və nəmlə təmasda olmasının qarşısını almaq lazımdır. Bu sayədə balın şəkərlənmə müddətini uzatmaq və ya bu ehtimalı tamamilə aradan qaldırmaq olar.
Əgər bal hər hansı səbəbdən xarlanıbsa, onu əritmək lazımdır. Bunu etmək üçün benmari üsulundan istifadə edə bilərsiniz.