Həm balın, həm də darçının tək başına bir çox sağlamlıq faydası var. Ancaq hər ikisini birlikdə istehlak etmək faydalarını daha da artırır. 

Foodinfo.az xəbər verir ki, bir çox dərdin dərmanı olan bal tibb baxımından yaraların tez sağalmasını təmin edir. Darçın yüksək miqdarda polifenollar sayəsində antioksidant təsir göstərir. Bu qarışıq nəticəsində əmələ gələn güclü antioksidanlar orqanizmdəki problemləri aradan qaldıra bilir. 

Təbii antibiotik olan bal və darçın birləşməsi sidik yolları infeksiyalarının müalicəsində mükəmməl effekt verir. Sidik yollarında əmələ gələn və bir çox problem yaradan mikroblar bal və darçın qəbul etdikdən sonra yox olur.

Darçın qan şəkərini balanslı və nizamlı saxlanmasına imkan verir. Bal isə qan şəkərinin ani artımının qarşısını alan bir xüsusiyyətə malikdir. Bu ikili diabet riskini azaltmağa kömək edir. 

Bu ikili damarları canlandıran təsirə malikdir. Mütəxəssislər hər gün müntəzəm olaraq bal və darçın qarışığı istehlak etməyi dəstəkləyir. 

Sağlamlığa müsbət təsir göstərən bu qarışıq immunitet sistemini gücləndirir və mümkün xəstəliklərə qarşı müqaviməti təmin edir.

Həzm sistemində böyük rol oynayan darçın və bal həzm problemi olan insanların istehlak etməsi lazım olan birləşmədir. Həzm sistemini stimullaşdıraraq şişkinlik hissinə son verir.

Saç tökülməsi, kəpək və zəif saç problemi olan insanlar bal və darçın sayəsində daha güclü saç köklərinə sahib ola bilərlər. Bu ikili sayəsində baş dərisi problemlərini həll etmək mümkündür.

Bal və darçının sizi təəccübləndirəcək təsirlərindən biri də yuxu keyfiyyətini yaxşılaşdırmasıdır. Hər iki qidada olan yuxunu tənzimləyən komponentlər yuxu problemlərindən əziyyət çəkən insanları rahatlaşdırır. Gün ərzində yaranan yorğunluğu, əzginliyi və stressi aradan qaldırmaq üçün bir qaşıq bal və darçın qarışığı qəbul etməyiniz kifayətdir. Xüsusilə sıx iş qrafiki olan insanlar müntəzəm istehlak etdikdə təsirini görə bilirlər.

Birlikdə istifadə edilən bal və darçın ürək sağlamlığını qoruyur və xərçəng riskini azaldır. 

Arıqlamaq mərhələsində olan insanlar üçün də uyğun yemək ola bilər. Təbii ki, həddindən artıq olmaması üçün diqqətli olmaq lazımdır. Faydalarından yararlanmaq üçün bal və darçının bir çox qida və içki ilə birlikdə istifadə edə bilərsiniz. Hər ikisi fərqli məqsədlər üçün istifadə edilən bu qidalar yulaf ezmesi və qatıq kimi qidalarla birləşdirildikdə çox sağlam təsirlər verir.