Həddindən artıq şəkər istehlakı beynə zərər verə bilər. Almaniya Nevrologiya Cəmiyyətinin (DGN) və Alman Beyin Fondunun alimləri belə qənaətə gəliblər. Foodinfo.az xəbər verir ki, bu barədə “Pronews” məlumat yayıb.
Almaniya Beyin Fondunun prezidenti Frank Erbqurt şəkəri beyni məhv edən məhsul adlandırıb. O, aydınlaşdırıb ki, şəkər yalnız həddindən artıq istehlak edildikdə zəhərə çevrilir.
Materialda qeyd edildiyi kimi, yüksək qan şəkəri beynin qan damarlarını zədələyir və qan damarlarının divarlarında lövhələrin çökməsinə səbəb olur, qan axını azaldır və qida maddələrinin beyinə çatdırılmasını pozur. Bu proses insult da daxil olmaqla müxtəlif problemlərə səbəb ola bilər.