Yumurtanın köhnə olub-olmadığını müəyyən etmək bu qədər sadə imiş. 

Mətbəximizdən heç vaxt əskik olmayan yumurtanın faydalarını hamımız bilirik. Ancaq yumurtalar bayatlaşdıqda böyük problemlər yaradır. Ona görə də istehlakçı olaraq yumurta, süd, pendir kimi heyvan mənşəli qidaları son istifadə müddətinə diqqət edərək almaq çox vacibdir. 

  Foodinfo.az xəbər verir ki, qida zəhərlənməsinin qarşısını almaq üçün istehlak etdiyimiz məhsulların təzə olması çox vacibdir. Mətbəxlərimizin əvəzolunmazı olan və az qala hər səhər istehlak etdiyimiz yumurtaların bayat olub-olmadığını bir neçə kiçik testlə anlamaq mümkündür. 

İstifadə edəcəyiniz yumurtanın təzəliyinə şübhə edirsinizsə, sizin üçün hazırladığımız beş maddə ilə test edə bilərsiniz.

 1. SƏSƏ NƏZARƏT:

 İstehlak edəcəyiniz yumurtanın qırılmadan təzə olub-olmadığını müəyyən etmək üçün edə biləcəyiniz ən asan şeylərdən biri səs yoxlamasıdır. Bunun üçün yumurtanı iki barmağınızla tutun, qulağınıza yaxınlaşdırın və bir az silkələyin. Əgər heç bir səs eşitmirsinizsə, bu, yumurtanızın təzə olduğunu göstərir. Yumurta yavaş-yavaş silkələdiyinizə baxmayaraq, axan səs çıxarırsa, bu, yumurtanızın xarab olduğunu bildirir. 

2. SUYA NƏZARƏT:

Yumurtanın təzəliyini pozmadan yoxlaya biləcəyiniz başqa bir üsul su testidir. Siz bu üsulla da ən dəqiq qərara gələ bilərsiniz. Bunun üçün sizə lazım olan tək şey yumurta və bir stəkan soyuq sudur. Əvvəlcə stəkanı soyuq su ilə doldurun. Sonra istehlak etmək istədiyiniz yumurtanı suya atın. Yumurta stəkanın dibinə batırsa, deməli təzədir. Suyun səthinə çıxarsa, yumurtanız bayatdır. 

3. QOXU NƏZARƏTİ:

 Qoxu testi üçün yumurtanı qırmaq lazımdır. Beləliklə, yumurta qaynatmağı düşünürsünüzsə, bu üsul çox uyğun deyil. Köhnəlmiş yumurtanın çox fərqli və kəskin qoxusu olacaq. Odur ki, yumurtanı sındırdıqdan sonra onu iyləyin və adi qoxudan fərqli qoxu hiss edib-etmədiyinizə diqqət edin. Ağır və yayılan bir qoxu ilə qarşılaşsanız, mütləq yumurtadan istifadə etməyin.

 4. QIRMA TESTİ:

Yumurtanı qırmadan istifadə edəcəyiniz vəziyyətlər üçün uyğun olmayan bu testlə yumurtanızın təzəliyini dərhal yoxlaya bilərsiniz. Hazırladığınız reseptə yumurtalarınızı birbaşa qırmayın. Ayrı bir qabda yumurtanı qırdıqdan sonra sarısının dağılıb dağılmadığını yoxlayın. Yumurtanın sarısı dərhal dağılırsa, xarabdır. Yumurtanın sarısı bütöv qalırsa, bu onun təzə olduğunu göstərir. 

5. RƏNG NƏZARƏTİ:

 Yumurtanızı qırdıqdan sonra rəngində fərq görürsünüzsə, heç vaxt o yumurtadan istifadə etməməlisiniz. Məsələn, yumurtanın ağı çəhrayı və ya yaşılımtıl rəngə malikdirsə, bu, bakteriyaların olduğunu göstərir. Eynilə, yumurtanın sarısı və ya ağında qara və ya yaşıl nöqtələr və ya ləkələr görsəniz, heç vaxt o yumurtanı istehlak etməyin. Qara və yaşıl nöqtələr yumurtada göbələk olduğunu göstərir. Əgər belə bir vəziyyətlə qarşılaşsanız, yumurtanı qırdığınız qabı yaxşıca təmizləməyi unutmayın.