Bitki mənşəli südlər (badam, soya, yulaf, kokos və s.) adətən sağlam alternativ kimi tanınsa da, bəzi hallarda zərərli ola bilər. 

Foodinfo.az xəbər verir ki, onların tərkibi heyvan mənşəli südlə müqayisədə daha az protein və kalsium ehtiva edir, bu isə uzun müddətli istifadədə sümük sağlamlığına mənfi təsir göstərə bilər. 

Bundan əlavə, bəzi bitki südlərinə əlavə olunan şəkər və süni qatqılar kalorini artırır və metabolizmaya zərər verir.

Soyadan hazırlanan süd həddindən artıq istifadə edildikdə hormonal balansı pozur. 

Həmçinin qoz-fındıq allergiyası olan insanlar üçün badam südü risklidir. 

Lakin şəkərsiz və zənginləşdirilmiş variantlar seçildikdə bu südlər sağlam qida rasionuna əlavə kimi istifadə edilə bilər. 

Seçim edərkən qida etiketi diqqətlə oxunmalı və balanslı pəhrizlə birgə istifadə edilməlidir.