Xarab yumurta istehlakı sağlamlıq üçün ciddi fəsadlara səbəb ola bilər. Foodinfo.az xəbər verir ki, ən əsas təhlükə Salmonella bakteriyasıdır ki, bu da qida zəhərlənməsi ilə nəticələnə bilər. 

Zəhərlənmə əlamətləri arasında qarın ağrısı, qusma, ishal, baş ağrısı və hərarət yer alır. 

Həddindən artıq zəhərlənmə hallarında bədəndə su itkisi baş verir, bu isə xüsusilə uşaqlar və yaşlılar üçün həyati təhlükə yarada bilər. 

Bundan əlavə, xarab yumurtanın tərkibindəki toksinlər mədə-bağırsaq sistemini pozaraq iltihaba səbəb ola bilər. 

Belə halların qarşısını almaq üçün yumurtanı təzə vəziyyətdə istifadə etmək və saxlanma şərtlərinə diqqət yetirmək vacibdir.