Bir çox insanın ən sevdiyi şorba növlərindən biri borşdur. Əsasən də qış aylarında süfrələrin vazkeçilməsinə çevrilir. Buna görə yeməyi daha təsirli və keyfiyyətli edəcək üsulları öyrənmək vacibdir.

Foodinfo.az xəbər verir ki, aşpazların borşla bağlı bir neçə sirri var. Bunlardan biri də şorbaya şəkərin əlavə edilməsidir. 

Borşa bir qaşıq şəkər tökmək onun dadını əhəmiyyətli dərəcədə dəyişdirəcək. Şəkər ona qatılan tomat pastasının turşuluğunu tarazlaşdıracaq. Çalışıb şəkəri qızartma prosesində tökəsiniz. 

Şəkər borşun rəngini daha parlaq etməyə də kömək edir.